Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2019
10:51
3497
İmam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Şəvval ayının 25-i (bu il 29 iyun), müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.

İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.

Bəzən İslamı parçalamaq, müsəlmanlar arasında nifaq salmaq istəyən qüvvələr, həmçinin İslamdan, onun tarixindən bixəbər nadan müsəlmanlar İmam Cəfər Sadiq (ə) və İmam Hüseyni (ə) fərqli qütblərdə dayanan, fərqli ideyaların daşıyıcıları kimi təqdim edirlər. İmam Cəfər Sadiqi (ə) elm və mədəniyyət carçısı, sülh və əminamanlıq tərəfdarı kimi qələmə verir, İmam Hüseyni (ə) isə cihad və mübarizə, sücaət və mərdlik rəmzi kimi təqdim edirlər. Amma müsəlmanların imamlarının hamısı Əhli-beytə (ə) mənsub olaraq, onun ayrılmaz və eyni əhəmiyyətli şaxələridir. Həmin o Əhli-beyt (ə) ki, Allah Quranda buyurduğu kimi, bütün çirkinliklıərdən uzaqdır. Heç şübhəsiz ki, Kərbəla imtahanı qarşısına çıxsaydı, İmam Cəfər Sadiq (ə) də babasının yolunu gedərdi. Eləcə də İmam Hüseyn (ə) Haşim ibn Əbdülməlik və ya Yəzid ibn Vəlidin zamanında yaşasaydı, əsas diqqətini müsəlmanların maariflənməsinə yönəldərdi. Bir sözlə, İmam Cəfər Sadiq (ə) nə qədər "hüseynçidirsə, İmam Hüseyn (ə) də bir o qədər "cəfəridir".

İmam Cəfər Sadiq (ə) hicri 148-ci ildə Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib. Məzarı Bəqi qəbiristanlığındadır.

Məqalədə : İmam Cəfər Sadiq (ə) 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
570

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
398

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
262

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
218

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
216

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
355

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
431
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 07:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru