Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2019
10:46
`Barselona` Neymarla bağlı açıqlama yaydı

"Barselona"nın vitse-prezidenti Jordi Kardoner PSJ-nin hücumçusu Neymarın Kataloniya təmsilçisinə qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

"Marca" qəzetinin yazdığına görə, klub rəsmisi braziliyalı futbolçunu yenidən heyətə cəlb etmək istəmədiklərini deyib. Bildirib ki, "Barselona" Neymarın keçidi ilə bağlı heç bir addım atmayıb:

"Biz onu transfer etmək istəmirik. Direktorlar Şurası bu məsələni araşdırmayıb. Amma oyunçunun belə bir istəyinin olduğunu bilir. Deyəsən, Neymar qayıtmaq arzusundadır. Ən azından bunu dilə gətirib. Ancaq heç bir danışıq olmayıb. Buna görə narahat deyilik. Gedən futbolçunun qayıtmaq istməməsi məni təəccübləndirmir. Çünki dünyada "Barselona" kimi klub çox deyil. Digər futbolçular da olub, məsələn, Fabreqas komandadan ayrılıb, sonra isə qayıtmaq istəyib. Neymar böyük oyunçudur. Lakin bir anda getməyə qərar verdi. Hazırkı məqamda onunla əlaqə saxlamırıq. Ona görə də hələ danışılası heç nə yoxdur. Onun gedişi ilə bağlı xoşumuza gəlməyən bir çox məqam var. Əvvəlcə bəzi məsələlər öz həllini tapmalıdır".

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb.

Məqalədə : Neymar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
105

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
100

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
115
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru