Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2019
09:53
ABŞ S-400-lə bağlı Türkiyəyə son sözünü dedi: İMKAN VERMƏYƏCƏYİK!

Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək.

FaktXəbər-in məlumatına görə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib.

Nümayəndə qeyd edib: "Liderlər arasında səmimi söhbət olub. Söhbət zamanı M.Esper bir daha təkrar edib ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alması F-35 proqramına ziddiyyətlidir və Türkiyəyə həm S-400-ü, həm də F-35-ləri əldə etmək imkanı verilməyəcək".

Onun sözlərinə görə, tərəflər, həmçinin Suriya, regional stabillik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Məqalədə : S-400 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4324

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 17:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru