Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2019
21:36
Mingəçevirdə içki məclisi davaya çevrildi, bir nəfər güllələndi - TƏFƏRRÜAT

Mingəçevirdə baş vermiş ölüm hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, cinayət hadisəsi içki məclisi zamanı baş verib.

Belə ki, yüngül təbiətli qadınların da yer aldığı məclisdə kimliyi tam müəyyənləşdirilməmiş ev sahibi ilə qonaqlardan biri olan Zülfiqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ev sahibi sərt şəkildə döyülüb və çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silah götürərək atmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıb. Qarışıqlıq zamanı silahdan açılan atəş nəticəsində güllə İncilli Akif təxəllüsü ilə tanınan şəxsə dəyib və o, hadisə yerində keçinib.

Hazırda hadisə yerində araşdırma aparılır, ölənin, xəsarət alanların və münaqişə iştirakçılarının kimliyi müəyyən olunur.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanılıb.

Məqalədə : içki məclisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
110

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
132

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
146

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
285

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
237
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 15:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru