Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2019
16:12
Paşinyanın partiyası AŞ PA-da Rusiyanın əleyhinə səs verib

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiyaya quruma qayıtma imkanı verən düzəlişi qəbul edib. FaktXəbər bildirir ki, bu gün keçirilən iclas zamanı qətnamənin lehinə 118, əleyhinə isə 62 deputat səs verib, 10 deputat bitərəf qalıb.
 
Rusiyanın AŞ PA-ya qayıtmasını nəzərdə tutuan sənədi Azərbaycan, Avstriya, Slovakiya, Serbiya, Portuqaliya, Norveç, İslandiya, Fransa, İtaliya, İspaniya, Türkiyə, Moldova, Çexiya, İsveçrə, Almaniya və Niderlanddan olan nümayəndə heyətləri dəstəkləyib.

Moskvanın əleyhinə isə İsveç, Böyük Britaniya, Gürcüstan, Latviya, Polşa, Estoniya, Ukrayna və Litva kimi ölkələrin deputatları çıxış edib.
 
Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin tərkibində 4 deputatın qətnamə zamanı səs verməsi fərqli olub. Belə ki, müxalifət fraksiyasının nümayəndələri Rusiyanın AŞ PA-ya qayıtmasını dəstəkləsə də, hakim "Mənim addımım" partiyasından olan Ruben Rubinyan və Oqanes İqityan adlı deputatlar Moskvanın əleyhinə səs veriblər.

Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
160

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
135

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 19:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru