Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2019
13:48
7882
İmamoğlunun qələbəsi və Amerikanın istəkləri

Mehdi Fərəc


Araşdırmaçı-yazar

      

III yazı (II yazı)

CAATSA ABŞ-ın “Düşmənlərlə Sanskiyalar Yolu ilə Mübarizə Qanunu”dur. Bu qanunun mahiyyəti üçüncü (tərəf) ölkələri S-300 və S-400 zenit-raket sistemləri başda olmaqla Rusiya istehsalı silahları almaqdan imtina etdirməkdir. Əks təqdirdə Rusiya silahlarını alacaq ölkələri təhdid edən rəsmi Vaşinqton rus silahları yerinə öz silahlarını təklif edir. Buradakı strateji hədəf silah ticarətindən daha çox hərbi və kəşfiyyat məlumatlarının mühafizəsidir. ABŞ Müdafiə Nazirliyi 2018-ci ildən bu yana bu qanun vasitəsilə milyardlarla dollar sazişin imzalanmasının qarşısının alındığını iddia edir. Amerika kəşfiyyatının məlumatlarına görə, Vaşinqtonun səylərinə baxmayaraq İraq, Vyetnam, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı və Qətər kimi potensial alıcıları siyahısında yer almaqdadır.

CAATSA 2017-ci ildə ABŞ Konqresi tərəfindən təsdiqlənib. Məlumata görə, Türkiyənin “S-400”ü alacağı təqdirdə bu qanunun 231-ci maddəsinə tuş gələcək. Bu maddə Rusiya kəşfiyyat və müdafiə sektorları ilə ticarət edən şəxs və qurumlara qarşı müxtəlif sanksiyaların tətbiqini nəzərdə tutur. CAATSA sanksiyalarına aşağıdakılar daxildir:

1. ABŞ prezidenti Amerikanın idxalat-ixracat bankı “Eximbank”ı sanksiya tətbiq edilən şəxsin ölkədən mal və xidmət idxal etməsiylə bağlı sığorta və zəmanət verməməsi üçün istiqamətləndirə bilər. 

2. ABŞ prezidenti ABŞ hökumətinin sanksiya tətbiq etdiyi şəxsin ölkədən hər hansı daşınmaz mülkiyyət və ya texnologiya idxal etməsinə izn verəcək lisensiya və ya hüquqi sənəd verməməsinə dair direktiv verə bilər. Bu maddənin əhatəsinə həbri silah-sursat və nüvə ilə bağlı materiallar da daxildir.

3. ABŞ prezidenti ABŞ-dakı maliyyə qurumlarına sanksiya tətbiq edilən şəxsə kredit ayırmamaqla bağlı direktiv verə bilər. Buna görə də sanksiya tətbiq edilən şəxs ABŞ-dan ümumilikdə 10 milyon dollar kredit ala bilər. 

4. ABŞ prezidenti beynəlxalq maliyyə təşkilatlarındakı (Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi) amerikalı yüksək post rəhbərlərinə sanksiya tətbiq edilən şəxsə maliyyə mənbəyi ayırmaması üçün fikir bildirmələri və ya bu qurumların belə şəxslərin xeyrinə ola biləcək kredit vermə qərarlarının əleyhinə səs vermələrinə dair direktiv verə bilər. 

5. Sanksiya tətbiq edilən tərəf maliyyə qurumudursa, bu qurumun ABŞ bazarındakı əməliyyatları məhdudlaşdırılır və ABŞ dövlət istiqrazlarına çıxışının qarşısı alınır.

6. ABŞ hökuməti sanksiya tətbiq edilən şəxsdən mal və xidmətlərin tədarükünü (idxalını) dayandıra bilər. 

7. ABŞ prezidenti ABŞ-ın nüfuz dairəsindəki ölkələrdə sanksiya tətbiq edilən şəxsə hər hansı valyuta növünün alış-satış əməliyyatlarını həyat keçirməsinə mane ola bilər.

8. ABŞ prezidenti ABŞ-ın nüfuz dairəsindəki ölkələrdə sanksiya tətbiq edilən şəxsin xeyrinə ola biləcək ödəmə və ya kredit təminatına mane ola bilər. 

9. Sanskiya tətbiq edilən şəxsin ABŞ-da mülk əldə etməsi və mülkiyyətlə bağlı hər cür əməliyyat icra etməsi dayandırıla bilər. 

10. ABŞ prezidenti ABŞ Xarici İşlər Nazirliyinə əhatə dairəsi prezident tərəfindən müəyyən edilməklə sanksiya tətbiq edilən şəxslərə viza məhdudiyyətlərinin tətbiq etdilməsilə bağlı direktiv verə bilər. 

11. ABŞ prezidenti sanksiya tətbiq edilən tərəfin rəhbərlərinə və məsullarına sadalanan sanksiyaları təbiq edə bilər.

Təhlilçilərin qənaətlərinə görə, bu qanun hər nə qədər (Rusiya silahlarını alacağı təqdirə) Türkiyəyə də şamil edilsə də, qanun mahiyyət etibarilə əsasən İran və Rusiyaya qarşı hazırlanmışdır. CAATSA İranın ballstik raket proqramına, bu ölkəyə hərbi təchizat, texnoloji və maliyyə yardımı edilməsinə qarşı ABŞ prezidentinə bu sanksiyaları müvəqqəti olaraq ləğv etmək səlahiyyəti də verir. Qanun Rusiyanın əsasən neft, qaz, müdafiə, təhlükəsizlik və maliyyə sektorlarına qarşı sanksiyaları hədəfləyir. 

CAATSA ilk olaraq 2018-ci ilin sentybarında Çinə qarşı tətbiq edilib. Çinin Mərkəzi Hərbi Komissiyasının Cihazqayırma Departamentunə qarşı CAATSA tərkibində dolayı yollarla sanksiyalar tətbiq edilib. CAATSA-nı Amerikanın bir sıra ölkələrə qarşı başladığı ticarət müharibəsinin yeni silahı kimi qiymətləndirmək olar. Qanun Konqresin təzyiqləri ilə ABŞ prezidenti Donald Tramp tərəfindən 2017-ci ilin avqustunda imzalanaraq qüvvəyə minib.

Amerikanın ümumilikdə S-400 siyasətini sadəcə silah ticarəti kontekstində ticarət müharibəsi kimi qiymətləndirmək sadəlöhvlük olardı. Düzdür, burada qlobal silah satıcılarının da maddi maraqları ciddi zərbə altına düşür, lakin bu daha qlobal məqsəd və hədəflərin müqabilndə kiçik mövzudur. Əsas mətləbləri isə aşağıdakı kimi sıralamaq mümkündür. 

Yüksək rütbəli Rusiya rəsmilərinin açıqlamasına görə çox yaxın müddətdə Rusiya və Türkiyə birgə S-500 HHMS-nin birgə istehsalına başlaya biləcəyini vurğulayıb. Bu isə artıq silah ticarətindən daha çox regionda sülh və təhlükəsizliyin regional qüvvələr tərəfindən birgə təmin edilməsində sıx əməkdaşlıq anlamına gəlir.  

Rusiya S-400 HHMS ilə rəqiblərinə ciddi zərbə vurmağı planlaşdırır. Bu sistemlərin mövcud olduğu radiusda ABŞ və müttəfiqlərinin kəşfiyyat və hərbi əməliyyaltarı sual altına düşur.

Bu sistemin qurulması arealının genişlənməsi ilə əslində Rusiya yeni təhlükəsizlik arealı qurur ki, Amerika da bunun fərqindədir. Bu arealı yalnız S-400 HHMS-ə yaxalanmayan sistem və hərbi vasitələr yara bilər. Hazırda bu tip teknika və texnoloji xarakteristikaya malik hər hansı cihaz işlənməyib. 

Sözügedən HHMS-nin yayılması eyni zamanda yeni başlamış 3-cü bölgü dövrünün ən həssas amillərindən biridir. Bu sistemlərin mövcud olduğu bütün ərazilər dolayısı ilə Rusiyanın əhatə dairəsinə daxil olur, çünki sistemin qəbul etdiyi bütün kəşfiyyat və qeyri-kəşfiyyat məlumatlarının bir nüsxəsi sistemin əsas sahibi və istehsalçısına ötürülür. Bu isə Amerikanın ölkələr üzərinə sərbəst addımlamaq azadlığını onun əlindən alır, arzuladığı ölkə üzərində istədiyi vaxtda və şəkildə hərbi və kəşfiyyat əməliyyatları keçirməsinə maneə yaradır. 

Rusiyalı mühəndislərin icad etdiyi bu sistem əslində sektorunda bütün rəqiblərini üstələyir. Bu da strateji sahədə Rusiyanın Amerikanı qabaqlaması anlamına gəlir. Təbii ki, ABŞ da bunu həzm edə bilmir, etməyəcək də. 

Zənnimizcə, bu sistem üzərində Rusiya-Amerika hesablaşması artan xətt üzrə davam edəcək. Bu mərhələdə “S-400” səbəb deyil, bəhanədir. Amerika bunu Rusiya ilə birbaşa edə bilməsə, Rusiyadan bu sistemləri satın alan hər bir ölkə ilə dolayı və birbaşa yolla edəcək. Yaşananlar iki ölkə arasında ötən əsrin ikinci yarısında yaşanan soyuq müharibənin müasir formatıdır.   

Rusiya təbii olaraq öz malının satışından vaz keçməyəcək, ABŞ-ın silahlanma yarışında iştirak etmədən sakitcə bu tip silahlarını dünyaya yaymaqda davam edəcək. Bunun üçün Rusiyanın kifayət qədər müştəriləri və satış imkanları vardır. Əlbəttə ki, bu da Amerikanın qıcığını daha da artıracaq və qarşıdakı 2-3 ildə biz bu iki ölkə arasında növbəti hesablaşmanın nəticələrinə şahid olacağıq. Unutmayaq ki, bu hesablaşmada Çin, İran, Hindistan, Türkiyə və bir sıra açar ölkələr Rusiyanın yanında yer alacaq. 

Türkiyədə bir neçə hücum və planla dövlət terrorunu (çevrilişlərini) həyata keçirə bilməyən ABŞ S-400 HHMS təhvili üzərində təhdid və təzyiqlərini davam etdirəcək. Paralel olaraq iqtisadi zərbələr vuraraq Türkiyə xalqının maddi maraqlarını baltalamaqla ölkə gündəmini indilik İmamoğlu məsələsindən yayındırmağa çalışır. Əgər İmamoğlu hakiməyyət pillələrində Amerikanın dilədiyi şəkildə irəliləəməyi baccarasa, o zaman Türkiyə üçün bütün bunlar təhdid və təzyiq ünsürü olmaqdan çıxacaq. Əgər İmamoğlu İstanbul seçkilərini qazanarsa, bu Ərdoğan iqtidarının sonu olacaq. Bunu bildiyi üçün Ak Parti iqtidarı bu seçki oyununu hər nə şəkildə olursa-olsun “uduzmayacaq”. Necə ki, zamanında Uqo Çavesə qarşı belə cəhdlər oldu, amma o, uduzmadı. Amma bütün bu olanlar Ərdoğan və 2023-cu il sonrası Türkiyəsi üçün Amerikanın maraqlarına ciddi zəmin hazırlaya bilər. 

Türkiyə NATO üzvü olması üzündən “S-400”ü alması mövzusunda Amerikanın xüsusi “götür-qoy”u var. Bu sistemi alan ölkə eyni zamanda NATO çətiri altında qala bilməz. Bu mənada Türkiyə ilk NATO ölkəsidir. Əgər Rusiyanın bu sistemi yayma planı baş tutsa, (hazırda İran, Çin, Hindistan daxil olmaqla 15-ə yaxın ölkə bu sistemlərə maraq göstərir) bu, yarım əsrdən sonra Varşava Paktının Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) vuracağı ən böyük zərbə olacaq. Məhz bu səbəbdən Türkiyənin bu sistemi alıb-almama məsələsi ABŞ üçün həyatı əhəmiyyət kəsb edir. Belə bir məqamda Ə.İmamoğlu ABŞ üçün əvəzsiz vasitədir. Buna görə də Amerika bu məsələdə hər şeyə əl atmağa hazırdır. 

Bu macəra ilə Türkiyə geriyə qayıdılması mümkün olmayan bir yola girdi. Amerikan qlobal silah tədarükçülərinin 50-60 illik milyardlarla dollarlıq layihələri bununla gərəksiz hala gələcək. Bu macəra Türkiyənin suveren ölkə olaraq var olub-olmayacağını müəyyən edəcək.

SON

Məqalədə : İmamoğlu S-400 İstanbul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
230

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru