Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2019
13:01
Bakıda hava küləkli olacaq, rayonlara yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, səhər bəzi yerlərdə  zəif duman olacaq, şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 21-25° isti, gündüz  32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 55-65 %, gündüz 30-35 % olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)  şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək. 

İyunun 24-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 24-də hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti,  dağlarda gecə 14-18° isti,  gündüz 22-27°  isti təşkil edəcək.

Məqalədə : küləkli hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
329

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
338

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
379

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
363

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
391
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 05:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru