Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2019
11:21
1641
Hərbi məktəblərdə məzun günü keçirilib - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitlər, Ali Hərbi Məktəbin, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Nazirliyin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün və Silahlı Qüvvələrin yaradılmasının 101 illiyi münasibətilə gənc zabitləri və onların valideynlərini təbrik edib.

N.Osmanov məzunlara ölkənin gələcəyi, ordunun, dövlətin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Məqalədə : Hərbi məktəb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
53

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
79

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
150
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru