Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
15:00
180 ölkədən 1 milyondan çox turist qəbul etmişik - 5 AYDA

Yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

FaktXəbər-in məlumatına görə, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 26,0 faizi Gürcüstan, 10,9 faizi Türkiyə, 7,7 faizi İran, 3,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Pakistan və İraq, 14,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,1 faizini kişilər, 30,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 3,6 faiz artaraq 380,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2065,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,6 faiz, Türkiyəyə gedənlərin sayı isə 0,1 faiz artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Məqalədə : turist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14397

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13057

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14445

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14059

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19419

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13934

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14042
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 20:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru