Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
12:28
Elmar Məmmədyarov: Eyni təkliflər irəli sürülür

“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik". 

Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. 

E.Məmmədyarov görüş zamanı “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: "Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki vəziyyət yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.”

E.Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkib. 

O, problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqqında danışıb.

“Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq,” - xarici işlər naziri bildirib.

Məqalədə : Elmar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19516

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18127

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19482

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19053

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24591

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19046

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19201
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 21:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru