Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
11:45
ABŞ öz təyyarələrinə İranın hava məkanında uçmağı qadağan etdi

İranın Hörmüz körfəzi üzərindən ABŞ-a məxsus yüksək səviyyəli pilotsuz təyyarəni vurmasından sonra  Amerika Federal Havaçılıq İdarəsi (FAA) öz təyyarələrinə İİR-in Bəsrə körfəzi və Ümman körfəzində nəzarətinə olan hava məkanından uçmağı qadağan edib.

FAA bunu regionda gərginliyin artması ilə əlaqələndirib.

Xatırladaq ki, iyunun 21-nə keçən gecə ABŞ ordusuna məxsus "Global Hawk" tipli pilotsuz təyyarəsi İranın cənub sərhədinə daxil olduğu üçün Hörmüzqan vilayətində yerə salınıb. Buna qədər ABŞ Müdafiə Nazirliyi açıqlamışdı ki, kəşfiyyat məlumatlarının toplanması üçün Yaxın Şərqə təyyarələr, pilotsuz uçuş aparatları və "Patriot" raketlərini göndərəcək.

İlk əvvəl Birləşmiş Ştatlar pilotsuz uçuş aparatının vurulmasını təkzib etsə də, sonradan belə bir hadisənin baş verdiyini etiraf etmiş, lakin dronun beynəlxalq hava məkanında vurulduğunu bildirmişdi.

Bundan sonra Tramp İrana hücum əmri vermiş, lakin sonra əmri geri çəkmişdi.

Məqalədə : İran pilotsuz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16318

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14967

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16362

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15970

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21339

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15854

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16005
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 15:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru