Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
12:49
3259
Tbilisidə zərər çəkənlərin sayı 240-a yüksəlib-VIDEO

Tbilisidə iğtişaşlar nəticəsində zərərçəkənlərin sayı 240 nəfər çatıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Gürcüstanın Birinci Kanalı Səhiyyə Nazirliyinə istinadla xəbər verib.

Məlumata görə, 102 nəfər hələ də xəstəxanada yatır. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir, daha 2 nəfər əməliyyat olunub.

O da vurğulanır ki, zərərçəkənlərdən 80-ni polis əməkdaşlarıdır.

****

10. 22

Gürcüstan lideri Salome Zurabişvili Belorusiyaya səfərini yarımçıq saxlayaraq Tbilisiyə qayıdır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə TASS Belorusiyanın hökumət dairələrinə istinadla xəbər verib.

Onun sözlərinə görə, hazırda Zurabişvili vətənə qayıtmaq üçün aeroporta yollanıb.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan lideri ölkədəki iğtişaşlarda Moskvanı ittiham etmişdi. Onun sözlərinə görə, Gürcüstanın parçalanması ilə Rusiya udur və vurğulayıb ki, bu  Moskvanın  ən məşhur silahıdır.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.

Bundan sonra Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçiriblər. Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb ediblər. Hadisə yerinə polislər cəlb olunub. Nəticədə  qarşıdurma yaranıb. Son məlumatlara görə, gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb. Onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır. Bundan başqa etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi olaraq hələ təsdiq edilməyib.

Məqalədə : Gürcüstan Tbilisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
42

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
36

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
186

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
85

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
167

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
111
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru