Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2019
10:30
1054
Masallıda pomidor əkən fermerlərə ziyan dəyib

Masallı rayonunun üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb. 

On gün ərzində zərərverici həşəratlar Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərinin təsərrüfatlarına xeyli ziyan vurub. 

Fermerlərin narahatçılığına səbəb ciddi tədbirlər görülməyəcəyi təqdirdə, xəstəliyin bütün əkin və pomidor məhsulunu zay etmək təhlükəsidir. 

Görülən tədbirlər nəticəsində xəstəliyin qarşısı qismən alınıb: "Masallı Rayon Bitki Mühafizəsi Mərkəzin mütəxəssisləri fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumat verib. Lakin "sovka" karantin zərərverici sayılmadığı üçün fermerlər öz hesablarına kimyəvi dərman preparatlarını almalıdırlar. Dərmanlama aparatlarının olmaması da fermerlərə zərərvericilərə qarşı mübarizədə müəyyən çətinliklər yaradıb". 

"Təsərrüfatlarda əvvəlki illərdə də analoji problemlə üzləşilib. Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılmasından ötrü hazırda pomidor sahələrində dərmanlama işləri aparılır", deyə məlumatda vurğulanıb.

Məqalədə : pomidor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
22

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
251

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
278

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
82

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
123

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
43
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 12:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru