Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
17:51
XİN Fransa məhkəməsinin separatçılarla bağlı qərarını alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti idarəsi Fransa Respublikasının Qrenobl inzibati məhkəməsinin qərarı ilə bağlı açıqlama verib.

FaktXəbər-ə daxil olan açıqlamada bildirilir ki, Xarici İşlər Nazirliyi Fransanın Qrenobl inzibati məhkəməsinin Drom departamenti ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma separatçı rejim arasında və bu ölkənin Bur le Valans, Valans, Burq dö Peaj kommunaları ilə Azərbaycanın işğal olunmuş Şuşa, Xankəndi və Xocavənd şəhərlərində qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət” orqanları arasında imzalanan qeyri-qanuni "sazişlər"in ləğv olunmasına dair cari ilin 6 iyun tarixli qərarını alqışlayır:

"Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarında olduğu kimi, Qrenobl inzibati məhkəməsinin də qəbul etdiyi bu qərar ölkənin yerli öznüidarəetmə orqanlarının Fransa qanunvericiliyi və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanın işğal edilmiş əraziləri ilə imzaladığı qanunsuz sənədləri ləğv edir. Bu qərarlar qanunun aliliyi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin vacibliyinin növbəti təzahürüdür. Hər hansı qanunsuz fəaliyyət, o cümlədən qeyri-qanuni rejimlərin təşviqi məğlubiyyətə məhkumdur. Səylərimizin münaqişənin beynəlxalq hüquq müstəvisində və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq həllinə yönəldilməsi regiona davamlı sülh, inkişaf və hər kəsə qələbə gətirə bilər".

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7626

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6429

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8032

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7919

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11497

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7667
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 19:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru