Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
15:36
476
Zərif: Oman körfəzində baş verənlər çox şübhəlidir

Oman körfəzində tankerlərə hücum çox şübhəlidir. FaktXeber.com-un verdiyi məlumata görə, bunu İİR XİN rəhbəri Muhəmməd Cavad Zərif bəyan edib. O, hadisənin məhz Yaponiyanın baş naziri Sindzo Abenin İrana səfəri zamanı və Ali Lider Ayətullah Seyid Əli Xameneyi ilə danışıqları fonunda baş verdiyinə diqqət çəkib.

"Yaponiya ilə əlaqədar tankerlərə hücumlar sözügedən ölkənin baş naziri Sindzo Abe ilə Ayətullah Xameneyinin iclas keçirdiyi, geniş və dostcasına danışıqlar apararkən baş verib. "Şübhəlidir" sözü bu gün səhər baş verənləri şərh etmək üçün çox yumşaq sözdür. İran tərəfindən təklif olunan regional dialoq üzrə forum vacibdir», - deyə Zərif özünün Tvitter səhifəsində bəyan edib.

Xatırladaq ki, bu gün səhər Oman körfəzində iki partlayış baş verib, iki neft tankerinə hücum olub. Sonradan Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Xirosiqe Seko bəyan etdi ki, hökumət Yaponiyaya aid yüklərin olduğu gəmilərə hücum barədə məlumatlıdır.

Livanın «Al-Mayaden» kanalı xəbər verdi ki, hücum olunan tankerlərdən biri «Front Altair» batıb, lakin Röyter agentliyi Frontline kompaniyasının bu xəbəri təkzib etdiyini bildirib.

Qeyd edək ki, tankerlərə hücumdan sonra İran tərəfi yanan gəmilərdən 44 dənizçini xilas edərək, Bəndər Jask limanına aparıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
324

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
190

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
214

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
238

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
289

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 08:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru