Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
18:36
4440
Çingiz Abdullayev gənc yazarı məhkəməyə verəcək

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verəcək. Bu barədə Abdullayev özü sosial şəbəkədə məlumat yayıb.

Xalq yazıçısı ilə gənc yazar arasındakı davaya səbəb isə E.Baratın onunla bağlı sosial şəbəkədə paylaşdığı foto və status olub. 

Belə ki, Barat avtomobil fotosu paylaşaraq iddia edib ki, Xalq yazıçısı AYB-yə gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatı mənimsəyərək özünə altıncı maşını alıb.

“Bu da Çingizin altıncı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə, restoranı icarəyə verir, büdcəni dağıdır, Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar”.

Ç.Abdullayev isə bu iddianı cavabsız qoymayıb. 

Onun sözlərinə görə, sözügedən maşın altı il əvvəl alınıb:

“Vicdansız Elşad Barat! “Cip” maşınım altı il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ “Camry” isə şəxsən mənə aid deyil. Bu, dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq, mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay dərman üçün yardım alır. AYB-nin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim öz şəxsi vəsaitindən sənə yardım da edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm”.

Məqalədə : Çingiz Abdullayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
704

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
555

Xarici valyutaların manata qarşı məzənnələri

19

İyun
09:44
İQTİSADİYYAT
369

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
56

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1563

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1722

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1032
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 10:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru