Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
12:37
215
Azərbaycan Trans-Sibir dəmir yolu xəttinə qoşulacaq

Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədi ilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini Trans-Sibir dəmir yolu xəttinə keçirməyi planlaşdırır.

Bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin müsahibəsində bildirib.

"Bu layihə reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı razılığa əsasən həyata keçirilir. Söhbət axının bir hissəsini Trans-Sibir magistralı üzrə Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya yönəltməyə imkan verəcək iki müxtəlif enlikli (1435 və 1520 mm) dəmir yolu xəttindən gedir", - A.Mişarin deyib.

Xatırladaq ki, 2017-ci ilin sonundan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşınması həyata keçirilir. İlkin mərhələdə bu marşrut üzrə yük daşımalarının həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, eləcə də 1 milyona yaxın sərnişin daşınacaq.

BTQ Çindən gələn malların Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. May ayında Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Tərəflər dəmir yolu sektorunda, milli dəmiryol şirkətlərinin nəqliyyat və tranzit potensialının inkişafı üzrə kompleks əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə ediblər. (report)

Məqalədə : Trans-Sibir xətti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Eldar Əzizov yanğın baş verən əraziyə gedib

26

İyun
14:35
HÜQUQ,HADİSƏ
1865

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2009

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2140

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1799

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
561

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
115

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1930

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
96

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
118
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 14:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru