Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2019
15:50
İranlı idmançı Azərbaycanın təklifini geri çevirib

Azərbaycan İranın kamandan oxatma idmanı təmsilçisi Zəhra Nemətiyə dəvət göndərib.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə " Tasnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan iranlı idmançıya 300 min dollar pul, ev, avtomobil və aylıq 5 min dollar maaş təklif edib. Lakin Zəhra Neməti bu təklifi qəbul etməyib və İran bayrağı altında çıxış edəcəyini bildirib.

İran kamandan oxatma komandasının baş məşqçisi isə məsələ ilə əlaqədar bildirib ki, Azərbaycan Zəhra Nemətiyə rəsmi təklif göndərməyib. Gələn təklif dostluq çərçivəsində olub. Bu barədə heç bir rəsmi danışıq olmayıb:

"Zəhra Nemətinin Türkiyədən olan idmançı dostu belə bir təklif irəli sürüb. Onlar bu barədə dostluq çərçivəsində söhbət ediblər. Onun Azərbaycan Respublikası vətəndaşlığı altında iştirak etməsi barədə heç bir rəsmi təklif almamışıq".

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Ağır atletika üzrə parolimpiya, dünya çempionu, dünya rekordçusu iranlı Siyamənd Rəhman Azərbaycanın 400 min dollarlıq təklifini geri çevirmişdi.

Məqalədə : İran idmançı Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8682

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7419

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9044

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8914

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13347

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8658
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-07-2020 05:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru