Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2019
13:38
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik hansıdır?

Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib.

Bunu ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu deyib.

Onun sözlərinə görə, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə fərqli həyat tərzi keçirirlər: "Onlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq, hərəkət etmədən keçirirlər. Bu, sonradan kökəlməyə səbəb olur: "Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma şansı artır. Digər səbəb həyat tərzimiz - çox yemək, fiziki hərəkət etməmək, piylənmədir. Bu amillər olduğu zaman insanda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmək, havanın çirklənməsi də ürək xəstəliyi riskini yüksəldir".

M.Tuzcu əlavə edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişirdisə, indi 30 nəfərdən biri ölür. Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev bildirib ki, ölkəmizdə ürək xəstəliklərinin epidemiologiyası, rast gəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar ki, eynidir. Ürək xəstəlikləri bütün dünyada ölümə səbəbolmaya görə ilk yeri tutur: "Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara baxdıqda görmək olar ki, Azərbaycanda da eyni tendensiyalar müşahidə olunur. Təəssüf ki, Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı daha çoxdur. Kardiologiya sahəsində bu qədər böyük inkişafın baş verməsinə baxmayaraq, bu gün belə nəticələr var".(Trend)

Məqalədə : xəstəlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53620

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51763

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53243

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52948

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58298

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52561

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52972
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 21:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru