Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
14:39
1682
Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev mübarək Ramazan ayının bitməsi və Fitr bayramı münasibətilə xalqımızı təbrik edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan təbrikdə deyilir:

“Əziz müsəlman qardaş və bacılar, əziz möminlər, möminələr! On bir ayın sultanı, mübarək Ramaz ayının başa çatması və Fitr bayramı münasibətilə sizləri səmimi qəlbdən təbrik edirik. Allahdan bu rəhmət və mərhəmət ayında tutduğunuz orucun, etdiyiniz duaların, Yaradan qarşısında hər növ ibadət və itaətlərinizin qəbul olunmasını, günahlarınızın bağışlanmasını arzulayırıq, evlərinizə, ailələrinizə bu ayın fəzilət, bərəkət, rəhmət və mərhəmətinin nazil olmasını diləyirik.

Ramazan Allahın buyurduğu hikmət dolu bir aydır. Bu ayın əməlləri insanları və ümumən cəmiyyətləri birliyə, bərabərliyə, fərdləri nəfslərilə mübarizəyə çağırır. Başqa sözlə, Ramazan İlahi, mənəvi kamillik yolunun açarı sayılır. Bu ayın bütün fəzilətlərilə bəhrələnən insanlara Allahın böyük və tükənməz rəhməti nəsib olur.

Ramazan ayının ən başlıca ilahi dəyəri bu ayda müqəddəs Qurani-Kərimin yer üzünə nazil olmasıdır. Məhz bu ayın gecələrinin birində - Qədr gecəsində -  insanlığa ən doğru yolu göstərən, bu yolu xilqətə açıq dəlilləri ilə aydınlaşdıran, haqqı batildən ayıran Qurani-Kərim lövhi-məfhuzdan tam şəkildə nazil olub.

İlahi ziyafət ayı Ramazan həm də müsəlmanların vəhdət ayıdır. Bu ayda İslamın əzəməti daha da güclənir, insanların öz fitrətinə qayıdışı baş verir. Bu yüksək dəyərli əlamətlər qarşısında müsəlman torpaqlarına göz dikən, onlara zülm edən qəsbkar düşmənlər çox zəifdirlər. Qüdsün, Fələstin torpaqlarının, İraq, Suriya,Əfqanıstan, Kəşmir, Yəmən, Bəhreyn, Dağlıq Qarabağ torpaqlarının azad edilməsi məhz müqəddəs dinimizin, Ramazan ayının bizə təlqin etdiyi bu vəhdətdən, birliyimizdən keçir. Allahın köməkliyi ilə qələbə yaxındadır.

Ramazan mərhəmət ayıdır. Fitr gecəsi hər kəs yoxsul, ehtiyac içərisində olan bəndələri düşünərək, onlara əl uzatmağa çalışır. Ona görə də yer üzünün bütün müsəlmanları mübarək Ramazan ayının sonunu, Fitr gününü səbirsizliklə gözləyir, bu bayramı sevinclə qeyd edirlər. 

Təəssüflər olsun ki, işğal olunmuş və dağıdılmış müsəlman torpaqlarında evsiz-eşiksiz yaşayan, ədalətsiz müharibələrin qurbanına çevrilən insanlar, ailələr, xüsusən valideynlərini itirmiş körpələr müqəddəs bayramı sevinclə qeyd etməkdən məhrumdurlar.

Təəssüflər olsun ki, ölkəmizdə də haqsızlığa məruz qalan bir çox insanlar bu mübarək günləri cəmiyyətdən təcrid olunmuş şəkildə - məhbəsdə yaşayır, ailələri onlara qarşı baş verən haqsızlıq ucbatından bayramı niskil içərisində keçirir. İslamın müqəddəs dəyərlərinin daşıyıcılarının terrorçulardan fərqləndirilməməsi İslam düşmənlərini sevindirir. Arzu edək ki, günahsız yerə həbs olunmuş siyasi, vicdan, İslam məhbuslarının haqqı tezliklə bərpa olunsun, ailələrinə qovuşsunlar.

Bir daha bərəkətli və mübarək Ramazan Bayramı münasibətilə xalqımızı təbrik edirik!”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3445

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1643

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2795

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1094
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 23:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru