Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
14:08
423
`Surət Hüseynov Ermənistanın hücumuna şərait yaratdı`

1993-cü ildə baş vermiş “4 iyun qiyamı”ndan 26 ili ötür. Üstündən 26 il keçsə də o hadisələr  hələ müzakirə mövsuzudur.

Həmin dövrdə Baş nazir olmuş Pənah Hüseyn deyib ki, bu qiyam Azərbaycan dövlətçiliyinə qarşı bir qəsd idi:

“Qiyam xarici və daxili qüvvələrin birgə səyi, işbirliyi şəraitində hazırlanmışdı. Azərbaycanın qanuni prezidentinə qarşı hərbi qiyam idi və sonradan da siyasi qiyam mərhələsinə qədəm qoydu. Nəticədə qanuni prezidentin vəzifələrini yerinə yetirməsinin mümkünsüzlüyü şəraiti yaradıldı və bu da ölkədə böhrana səbəb oldu”.

Eks-baş nazir deyib ki, bu qiyam Ermənistanın geniş ərazilərimizə hücumuna şərait yaratdı.

“Bu da Azərbaycan tarixinin çox ciddi, ağır səhifələrindən biridir. Bu qiyamı böyütməkdə xarici qüvvələrlə iş birliyində olanların bir məqsədi var idi, dövləti çökdürmək. Bu hadisələr göstərdi ki, dövlətin maraqlarına, Konstitusiyaya zidd olan hansısa bir hərəkət və addım ölkənin, xalqın təhülkəsizliyi üçün heç bir halda müsbət nəticə vermədi”.

Pənah Hüseyn bildirib ki, belə addımların, əməllərin qarşısı qanunun bütün gücündən istifadə olunmaqla alınmalı idi:

“Bu işdə cinayət məsuliyyəti olan şəxlər cəzalandırılmalı, mənəvi, siyasi məsuliyyəti olan şəxlərə də müvafiq qiymət verilməlidir. Bir daha həmin dövrdə Azərbaycan dövlətinin maraq və mənafeləri uğrunda həlak olmuş insanların şərəfli xatirəsini yad etmək lazımdır. Torpaqlarımızın işğalına, insanımızın həlak olmasına, köçkün olmasana səbəb olmuş həmin hadisənin iştirakçıları və icraçıları da lənətlə xatırlanmalıdır”. (modern.az)

Məqalədə : Pənah Hüseynov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
300

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
168

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
190

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
218

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
262

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
202
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 04:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru