Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
12:40
422
Kondisionerli qatarlar Bakıya yola salındı - FOTO

Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinə daxil olan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin "Bakı Metropoliteni" üçün istehsal etdiyi yenilənmiş metro vaqonlarının birinci heyətinin göndərilməsi ilə bağlı təntənəli tədbir keçirilib.

Tədbirdə "Transmaşholdinq"in baş direktoru Kirill Lipa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və digər şəxslər iştirak ediblər.

Bu ilin yanvar ayında Azərbaycan paytaxtına 81-765.B/766.B tipli 30 metro vaqonunun göndərilməsi ilə bağlı müqavilə imzalanıb. 2017-ci ildən artıq bu tip vaqonlar Bakı metropolitenində uğurla istifadə olunur. Bu ilin sonuna kimi isə Bakı metrosu üçün daha 6 qatar inşa ediləcək.

Yeni model metro qatarları əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, yeni qatarların giriş qapısı kifayət qədər genişdir. Bütün vaqon heyəti arasında arakəsmələr açıqdır. Bu tip qatarlarda yeni işıqlandırma sistemi də tətbiq olunub. Vaqonlar kondisioner və havalandırma sistemləri, elektron cihazları elektrik enerjisi ilə təmin etmək üçün “rozetka”larla təmin olunub. Bundan başqa, vaqonlarda uşaq arabası və velosipedlər üçün yerlər də nəzərdə tutulub. Bakıda istifadə olunacaq vaqonlar üçün xüsusi olaraq orijinal rəngli qrafik sxem işlənib, faraların dizaynı dəyişdirilib, yerli şəraitə uyğunlaşdırılmış informasiya sistemi istifadə edilib.

Qeyd edək ki, "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə Bakı Metropolitenini uzun tarix bağlayır. Belə ki, Moskva vilayətinin Mıtişşi rayonunda yerləşən bu zavod 1967-ci ildən bu günə kimi Bakı metrosu üçün vaqonlar inşa edir. Hal-hazırda Bakı metrosunda 300-ə yaxın Mıtişşi zavodunun istehsal etdiyi vaqonlar istifadə olunur. 2015-ci ildə "Transmaşholdinq" Bakı Metropoliteninə üç beşvaqonlu 81-760.B/761.B/763.B tipli qatar heyəti göndərib. 2018-ci ildə isə daha iki beşvaqonlu 81-765/766 model qatar göndərib.

Məqalədə : metro Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
540

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
370

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
234

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
193

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
190

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
324

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
393
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 04:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru