Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
10:59
550
Azərbaycana 260 milyard dollar investisiya yatırılıb

Son illərdə qəbul edilən qərarlar strateji xarakter daşıyır və sahibkarlığın inkişafında köklü dəyişikliklərlə xarakterizə olunan yeni dövrün başlanğıcı hesab edilir.

Bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunan tədbirdə bildirib.

Nazir qeyd edib ki,  2004-2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft 2,8 dəfə, sənaye 2,6 dəfə, qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb:

“Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Ölkə iqtisadiyyatına 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir.

Ümumi investisiyanın 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib, iki milyondan çox yeni iş yeri açılıb. 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsulda payı 85 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb”.

“Vergi Məcəlləsində mühüm dəyişikliklər edilib. Özəl sektorda əməkhaqqından gəlir vergisinin yükü azaldılıb. Sadələşdirilmiş verginin dərəcəsi aşağı salınıb, innovasiya fəaliyyəti üzrə startaplar gəlir və ya mənfəət vergisindən üç il müddətinə, mikrosahibkarlar mənfəət və ya gəlir vergisinin 75 faizindən, KOB-klaster şirkətləri yeddi il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, idxal etdiyi avadanlıqlara görə ƏDV-dən azad edilib.

Gömrük prosedurlarının daha da sadələşdirilməsi, şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli işgüzar mühitin yaradılması və xarici ticarət əməliyyatlarının stimullaşdırılması məqsədilə elektron bəyanetmə və “Yaşıl Dəhliz” sistemlərinin tətbiqinə başlanılıb.

Eyni zamanda, Qanunvericiliyə edilmiş digər dəyişikliklərə əsasən, üç milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların satın alınmasının yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilməsi, subpodratçılar cəlb olunduqda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrasının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunması təsbit edilib”, - deyə Şahin Mustafayev vurğulayıb.(Oxu.az)

Məqalədə : Şahin Mustafayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
437

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
27

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
957

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2781

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2646

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1953

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1256

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1934

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2756

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 23:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru