Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
21:21
Elmar Məmmədyarov: `Erməni snayperin atəşi danışıqlar prosesinə zərbə vurub`

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

XİN-dən FaktXəbər-ə verilən məlumata görə, Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib. 

Daha sonra nazir Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib. 

Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.

Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Məqalədə : Elmar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 21 dəfə pozulub

11

Dekabr
10:00
HƏRB
170

Neftin ucuzlaşması davam edir

11

Dekabr
09:15
İQTİSADİYYAT
236

Çempionlar Liqasının AFİŞASI

11

Dekabr
08:43
İDMAN
278

ABŞ-da atışma olub, ölənlər var

11

Dekabr
08:30
DÜNYA
363

Sumqayıtda yol çökdü - FOTO

10

Dekabr
22:45
HÜQUQ,HADİSƏ
401

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
603

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
1165

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
723
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 10:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru