Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
12:12
421
Milli Məclisin deputatları harada dincələcəklər?

İyulun 15-də Milli Məclisin deputatları tətilə çıxır.

Məzuniyyət zamanı deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tətili Azərbaycanda keçirəcək: “Xarici ölkəyə getmək fikrim yoxdur. Bakıda və deputat seçildiyim Lənkəranda olacağam”.

H.Rəcəbli Milli Məclisin növbədənkənar sessiyasının iyuladək davam etməsinin gərginlik yaratmayacağını qeyd edib: “Hesab edirəm ki, sessiya o müddətədək davam edəcəksə, işləyəcəyik. Bunu normal hesab edirəm”.

Deputat Kamilə Əliyeva bildirib ki, həmişə olduğu kimi bu dəfə də tətilini Azərbaycanda keçirəcək: “Əsasən deputatı olduğum Zaqatala və Balakən rayonlarında dincələcəyəm. Bu ərəfədə həm də seçicilərimlə görüşəcəyəm. Çalışacam ki, ölkəmizin indiyə qədər istirahət etmədiyim bölgələrində də dincəlim. Heç vaxt xarici ölkəyə üstünlük verməmişəm. Azərbaycanın dilbər guşələri çoxdur, orada qiymətlər də normaldır, həm də təhlükəsizdir. Ona görə istirahətimi ailəmlə birlikdə Azərbaycanda edəcəyəm”.

Deputat Cavid Osmanov isə tətili həm xaricdə, həm də ölkə daxilində keçirəcəyini qeyd edib: “Deputatlara iyulun 15-dək rəsmi iş günüdür. Tətilin bir hissəsini deputatı olduğum Ağdaş rayonunda, bir hissəsini də xarici ölkələrin birində keçirəcəyəm”.

Parlamentin üzvü Naqif Həmzəyev də tətili Azərbaycanda keçirəcəyini qeyd edib: “Tətilin bir hissəsini deputatı olduğum Gəncə şəhərinin Hacıkənd kəndində, Daşkəsən rayonunun Xoşbulaq kəndində keçirməyi planlaşdırıram. Yəni Gəncədə yaxınlığında olacağam. Onsuz da mən ən yaxşı halda yay aylarının iki həftəsini istirahət edirəm”.

Deputat Cavanşir Paşazadə də Azərbaycanda istirahət edəcəyini bildirib.

O qeyd edib ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana turistlər gəlir: "Ölkəmizin çox yaxşı istirahət zonaları var. Cənub bölgəsi də belədir. Buna görə də tətili Azərbaycanda keçirəcəyəm".

C.Paşazadə vurğulayıb ki, turizm sahəsində qiymət siyasətinə yenidən baxmaq lazımdır: "Bu, turistləri cəlb etmək üçün çox önəmlidir. Azərbaycan vətəndaşları da istirahət üçün Gürcüstana və digər ölkələrə üz tuturlar. Bu, təbii ki, imkana bağlıdır. Ona görə də qiymət siyasətinə yenidən baxmaq, təbliğat işini gücləndirmək lazımdır. Düşünürəm ki, qiymətlərdə müəyyən qədər endirim olmalıdır".

Deputat Elman Nəsirov Şəkidə istirahət edəcəyini bildirib: “Fikrim var ki, Şəkidə dincəlim. İyulun 15-dən etibarən rəsmi tətilə çıxırıq. Çalışacam, iki həftə istirahət edim”.

Milli Məclisin üzvü Tahir Rzayev deyib ki, Azərbaycanın istirahət etməli yerləri çoxdur, ona görə də ölkədən kənara çıxmayacaq: “Ölkənin bir sıra regionlarında istirahət etmişəm. Daha çox deputatı olduğum Ağcabədi rayonunda olacağam”.

Deputat Azər Badamov xatırladıb ki, parlamentin üzvləri tətilə rəsmi iyulun 15-dən çıxırlar.

O bildirib ki, yay tətilini deputatı olduğu Qusar rayonunda keçirəcək: “Qusarın təbiəti və istirahət mərkəzləri istirahət üçün əlverişlidir. Belə gözəl turizm bölgəsini qoyub, digər yerə istirahət üçün getmək düzgün olmaz”.(report)

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
203

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
934

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
152

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
301

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
174

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
226
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 02:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru