Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
21:25
956
Sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü cinayət məsuliyyətinə cəlb edildi

Bir müddət əvvəl sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü Kərimov Teymur Mərdan oğlu barəsində cinayət işi açılıb.

T. Kərimov Cinayət məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham edilir.  

Artıq cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən ilin avqustunda sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb. Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb.

“Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində, hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib.

V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib:

“Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb və həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib.

Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb. Belə şər və böhtan xarakterli informasiya yaymaqla yol polisinin fəaliyyətinə kölgə salmaq istəyib”.

Məqalədə : Sosial şəbəkə yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
45

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
40

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
45

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
45

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 20:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru