Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
12:43
351
“Qarabağ” ÇL-dakı oyunlarını “Dalğa Arena”da keçirəcək

2019-20 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Klubdan qol.az-a bəlli olub ki, Ağdam təmsilçisi təsnifat mərhələlərində irəliləyəcəyi təqdirdə bütün rəqiblərini bu arenada qəbul etmək niyyətindədir. Amma Qurban Qurbanovun komandası ikinci təsnifat mərhələsinə yüksəlsə, bu halda ev oyununu Bakıdakı başqa bir arenada qəbul etmək məcburiyyətində qalacaq.

Məsələ burasındadır ki, həmin mərhələnin ilk görüşləri 22-23, cavab görüşləri 29-30 iyulda olacaq. Bu müddətdə, daha dəqiqi 20-28 iyul tarixində Bakıda Avropa Gənclər Olimpiya Festivalı təşkil ediləcək ki, festival çərçivəsində də bir neçə yarış məhz Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Turnirlər üst-üstə düşdüyündən, hətta cavab görüşü Bakıda olsa belə, “Qarabağ” təkrar matça texniki olaraq hazırlığı yekunlaşdıra bilməyəcək. Bu səbəbdən komanda ikinci mərhələnin Bakıdakı görüşünü başqa bir stadionda keçirməli olacaq.

Əldə etdiyimiz xəbərə görə, klub ikinci mərhələnin oyunu üçün UEFA-ya Mərdəkandakı “Dalğa Arena”nı sifariş etməyi düşünür. Digər kiçik ehtimal kimi “Azersun Arena” da var. Lakin  arenanın ot örtüyündə müəyyən problemlər olduğundan hazırkı durumda ən real variant kimi “Dalğa Arena” görünür. Hazırda bu yöndə klub işlər aparır.

Ağdam klubu avrokuboklarda ikinci mərhələnin ev oyununu əzəli rəqibi “Neftçi”nin meydançası “Bakcell Arena”da keçirməyi isə düşünmür.

Məqalədə : "Qarabağ" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
182

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1055

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
248

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
397
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 03:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru