Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
12:11
594
Qarabağ separatçıları bir-birini qırır: Samvel Babayana atəş açılıb

Qondarma Qarabağ Qarabağ respublikasında 2020-ci ildə keçirilməsi planlaşdırılan “prezident seçkiləri”ndə əsas namizədlərdən hesab edilən keçmiş “müdafiə naziri” Samvel Babayan və tərəfdarlarının yolu kəsilərək onlara atəş açılıb.

FaktXeber.com-un məlumatına görə, bu barədə Samvel Babayanın ofisindən informasiya yayılıb.

“29 may tarixində, təxminən saat 03:30 radələrində Sevan-Martuni yolunda Samvel Babayan və tərəfdarları qarabağlılardan ibarət dəstə tərəfindən təqib edilib. Onların yolu kəsilərək atəş açılıb. Videokameralar yolun bu hissəsində sözügedən dəstənin hərəkətlərini qeydə alıbdır”, - bəyanatda bildirilib.

Bəyanatda,  söhbətin Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyanın himayədarlıq etdiyi dəstə - Aleksey Balayan, Roland Aydinyan və Qriqor Mirzoyandan getdiyi vurğulanıb.

Qeyd edək ki, Samvel Babayan və Araik Artunyan 2020-ci ildə qondarma respublikada keçiriləcək seçkilərdə əsas namizədlərdən hesab edilir. 

Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ndə xuntanın liderliyi uğrunda mübarizə üç nəfər arasında olacaq. Onlar qarabağlı ermənilərin silahlı dəstələrinin sabiq “komandan”ı Samvel Babayan, sabiq “ baş nazir” Araik Harutyunyan və “general” Vitali Balasanyandır. Bu da hakimiyyət uğrunda gedən klanlar arası mübarizənin normal rəqabət formasında deyil, daha çox silahlı mübarizə şəraitində gedəcəyinə işarə edir.

Arkadi Qukasyanın dönəmində iki dəfə həbsdə yatmış S. Babayan həm qarabağlıların liderlərinə, həm də N. Paşinyana nifrət edir. A.Harutyunyan özünü “Paşinyanın adamı” kimi qələmə versə də, onun hansı klana  mənsub olduğu hələ də tam olaraq bilinmir. V.Balasanyan isə birmənalı olaraq keçmiş prezident R.Köçəryanın buyruq quludur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
443

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
34

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
960

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2785

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2648

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1955

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1258

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1935

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2760

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 00:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru