Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
15:16
Yeni robot müstəqil şəkil çəkir və müxtəlif dillərdə yazır

ABŞ-ın Braun Universitetinin alimlərinin yaratdığı yeni robot şəkil çəkməyi və müxtəlif dillərdə yazmağı müstəqil öyrənir.

Yapon heroqlifləri ilə tanışlıqdan sonra robot sözlərin yazılış nümunələrini öyrənməklə 10 müxtəlif dildə, o cümlədən hindi, yunan və ingilis dillərində sözləri canlandırmağı öyrənib. Robot əlifba hərfi üçün xarakterik olan ştrixi harada yerləşdirməyi və sözü düzgün qurmaq üçün onları hansı ardıcıllıqla düzməyi həll etməyə kömək edən alqoritmdən istifadə edir. Sadəcə, sözün şəklinə və ya rəsm eskizinə baxan robot bütün konturları bir fasiləsiz hərəkətlə təkrarlaya bilər. Qurğu müstəqil yazmağı öyrənməyə imkan verən iki müxtəlif alqoritm modeli ilə təchiz edilib. “Qlobal” model robota konkret söz və ya simvolun yazılması üçün göndərmə nöqtəsinin mümkün yerini müəyyənləşdirməyə kömək məqsədilə şəkli tam görməyə imkan verir. Lokal model robota üzərində çalışdığı rəsmi və ya çertyoju tamamlamağa şərait yaradır.

Tədqiqatçıların sözlərinə görə, robot simvol və rəsmləri 93 faiz dəqiqliklə canlandırır. Robot həmçinin müxtəlif tip xətləri yenidən yaradır və ya kursivlə yazır. Bundan başqa, təsviri yalnız sətirlər üzərində hərəkət etməklə yaradan mürəkkəbli printerdən fərqli olaraq robot insanın şəkilçəkmə tərzindən istifadə edərək rəsmlərin surətini çıxarır. Alimlər ümid edir ki, tədqiqatın nəticələri diktə ilə yazan və ya qrafik eskizlər yaradan robotların yaradılması üçün istifadə olunacaq.(İctnews)

Məqalədə : robot 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
195

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 10:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru