
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat verib.
FaktXəbər-in məlumatına görə, bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq.
Biz erməni mediasına istinadən Şuşa şəhərinin “Yuxarı Gövhər Ağa” məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra, beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə hansısa şirkətləri cəlb etməsi, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.
Hamıya məlumdur ki, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan “Yuxarı Gövhər Ağa” məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində Şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilmişdir.
İşğal olunmuş Şuşa şəhərində digər abidələr və dini ibadət ocaqları da eyni aqibətlə üzləşmişdir. Şuşa sanatoriyasının ərazisindəki Rus kilsəsinin kümbəzi dağıdıb yenidən tikərək obrazı dəyişdirilib və Rus kilsəsi yeni uydurma Kanaç jam adlandırılmışdır.
Ermənistan bu hərəkəti ilə təkcə irsimizi hədəfə almır, eyni zamanda, İran və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə xələl gətirir. Bu bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir və destruktiv xarakterli hərəkətlərini ifşa edir. “Yuxarı Gövhər Ağa” məscidinin “bərpa edilməsi” altında Ermənistanın hansı məkrli niyyətinin durduğunu qeyd olunanlar müstəvisində daha aydın görmək mümkündür. Bu, Ermənistanın onsuz da həssas olan regionda nə qədər təhlükəli oyun apardığını və dost ölkələrin arasını vurmaq kimi çirkin planlarının olduğunu göstərir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın bu hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu qanunsuz vandal hərəkətlərinin pislənilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO, digər beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət edir. Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq humanitar hüquq üzrə ölkələrin öz üzərinə götürdükləri öhdəliklərə zidd olmaqla yanaşı, ümumbəşəri mədəni irsə qarşı etinasız münasibət kimi anlaşılardı. Əgər dünya ictimaiyyəti qeyd olunanlar müqabilində səssizliyini davam etdirərsə, bəşəriyyətə məxsus mədəni-tarixi irsin daha kəskin formada dağıdılması üçün destruktiv qüvvələrə şərait yaratmış olacaq!"

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi