Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
16:05
944
Azərbaycanlı futbolçu öz toyuna getdiyi üçün klubdan qovulub

Azərbaycanlı futbolçu Tərlan Əhmədlinin komandadan qovulmasının səbəbi açıqlanıb.

“Sabah” klubunun qapıçısı ilə yolların ayrılmasına səbəb Tərlanın öz toyunda iştirak etməsi olub. 

Belə ki, beş gün əvvəldən ona Qax rayonunda keçirilən toyunu təxirə salmaq təklif olunsa da, futbolçu bunu etməyib. O, toyu üçün bir ay əvvəldən klubdan icazə aldığını və toyu beş gün qalmış təxirə salmağın mümkün olmadığını bildirib.

Nəticədə, toydan sonra futbolçu “qara siyahı”ya düşüb və çempionatın qalan iki görüşündə heyətə salınmayıb. Klub mayın 15-də müqaviləsi başa çatmış Tərlan Əhmədli ilə yeni sözləşmə bağlanmadığını elan edib.

Bakı klubundan verilən məlumatda bu informasiya təsdiqlənib. Belə ki, aprelin 27-də keçirilmiş Azərbaycan Premyer Liqasının XXVI turunun “Keşlə” ilə matçı öncəsi əsas qapıçı olan serbiyalı Saşa Stamenkoviç və iranlı üçüncü qolkiper Əmirhüseyn Nəcəfi zədələnib.

Bu səbəbdən qapıda 24 yaşlı ikinci qapıçı Tərlan Əhmədliyə ehtiyac duyulub. O isə toyuna görə bu matçda iştirak edə bilməcəyini deyib. Beləcə, klub oyundan bir gün öncə Ukraynadan Dmitri Bezruk adlı qolkiperi transfer edərək onu oynatmalı olub.

Qeyd edək ki, həmin matç 1:1 hesabı ilə başa çatıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2568

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2386

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1798

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1503

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
271

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 08:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru