Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
15:33
2487
Paşinyanın arvadı oğlu barədə məlumatı təsdiqlədi

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Qarabağda hərbi xidmət keçən oğlu Aşotun Yerevana qaytarılması haqda xəbər vermişdik.  

FaktXəbər-in "Newsarmenian"a istinadən məlumatına görə, Aşotun anası Anna Akopyan jurnalistlərin bu haqda sualını cavablandırarkən bildirib ki, oğlu Yerevan hərbi hissələrindən birindədir. 

Anna Akopyan oğlunun Yerevana gətirilməsinin Qarabağdakı vəziyyətlə heç bir əlaqəsinin olmamasını və Aşotun kurs keçmək üçün qaytarıldığını deyib: "Mənim Qarabağda vəziyyətin pis olması barədə heç bir məlumatım yoxdur. Bizim oğlumuz istənilən başqa əsgər kimi xidmət edir, onun xidmətinin başqalarından heç nə ilə fərqlənmir. O, sonra Qarabağa qayıdacaq.”

Xatırlıadaq ki, son zamanlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən qondarma rejimlə Paşinyan arasında problemlər yaranıb. Onlar Paşinyanın rəhbərliyini qəbul etmirlər və ona qarşı mübarizəyə başlayacaqları bildirilir. Görünən odur ki, Paşinyan oğlunu mühüm toqquşmalardan xilas etmək üçün Yerevana aparıb.

Məqalədə : Nikol Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2581

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2388

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1799

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1504

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
272

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1198
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 09:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru