Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
14:54
Səudiyyənin Yəmənə Ramazan `tövhəsi`: 27 uşaq öldürülüb

Yəməndə silahlı qarşıdurmalar zamanı son 10 gündə 27 azyaşlı öldürülüb. FaktXəbər bildirir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) məlumat yayıb.

Müharibə 4 il ərzində minlərlə insanın həyatına son qoyub. 2015-ci ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmən hökumətinə qarşı müharibə başladıb.

Səudiyyənin Səna şəhərinə həyata keçirdiyi avia zərbələr zamanı 27 uşaq həyatını itirib.

Yəməndə mülki ərazilərə hücumların dayandırılmasını istəyən UNİCEF, ölkədə uşaqlar üçün təhlükəsiz yerin olmadığını və uşaqların evdə, məktəbdə və uşaq meydançalarında qurbana çevrildiyini açıqlayıb.

Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14377

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13042

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14430

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14034

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19404

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13919

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14027
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 20:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru