Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
14:48
1809
İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi - Borc qalmaqalı

“Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətinin qazdan istifadəyə görə 21 min manatlıq borcu yarandığını bildirib.

Bu barədə İH də məlumatlandırılıb və qəbz təqdim olunub, borcun ödənilməsi tələb olunub. Binəqədi RİH isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb. İddia ərizəsində qeyd olunub ki, təbii qazdan istifadəyə görə hesablanmış 20 976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin. Hakim Əfqan Ələkbərov işi icraata götürmədən imtian edib. Çünki Binəqədi RİH iddia ərizəsinin surətinin “Azəriqaz”a verilməsi barədə sübutu məhkəməyə təqdim etməyib. Qərarda qeyd olunub ki, bu sənəd materiallara əlavə edildikdən sonra yenidən məhkəməyə müraciət oluna bilər.

Binəqədi Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azəriqaz”la aralarında müvafiq ödəmə müqaviləsinə görə borc yaranıb: “Borcun səbəbləri aydınlaşdırılmadığından Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib. Hal-hazırda iş məhkəmədə baxıldığı üçün məhkəmənin qərarı gözlənilir. Mətbuata əlavə açıqlama məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra veriləcək”.

Məqalədə : İcra Hakimiyyəti Azəriqaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2567

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2386

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1798

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1503

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
271

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 08:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru