Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
10:51
DİM maksimal balı açıqlayıb

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal balı açıqlayıb. 

Mərkəzdən Faktxeber.com-a verilən məlumata görə, qəbul imtahanının 1-ci mərhələsində (buraxılış imtahanı) maksimal 300 bal toplamaq mümkündür.

Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 50 bal toplanıla bilər.

Riyaziyyat fənni üzrə 25 tapşırıqdan 18-i qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 56.3 bal toplanıla bilər.

Xarici dil fənni üzrə 30 tapşırıqdan 23-ü qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 62.2 bal toplanıla bilər.

Bu mərhələ üzrə abituriyentlər toplaya biləcəkləri 300 baldan 168.5 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

Qəbul imtahanının 2-ci mərhələsində isə maksimal 400 bal toplamaq olar. 

Bir fənn üzrə qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli 27 tapşırıqdan (22 qapalı + 5 ənənəvi açıq) 81.8 bal toplamaq mümkündür.

İmtahanda 3 fənn və 2 əsas fənn üzrə çəki əmsalının 1.5 olduğunu nəzərə alsaq ümumilikdə 327.2 bal toplamaq olur. Yəni abituriyentlər imtahanın ikinci mərhələsində toplaya biləcəkləri 400 baldan 327.2 balı qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

Beləliklə abituriyentlər imtahanın hər iki mərhələsi üzrə toplaya biləcəkləri 700 baldan 495.7 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər. Onlar yeni növ yəni yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlardan 204.3 bal toplaya bilərlər.

Məqalədə : imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4664

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3748

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5421

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5474

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6757

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5201
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 00:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru