Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2019
11:24
2056
Güclü külək Qusar rayonunun 70 faizini işıqsız qoyub

Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub. Bunu Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov deyib.

Ş.Fərəməzov bildirib ki, "şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb".

Onun sözlərinə görə, güclü küləyin təsirindən rayonda irigövdəli ağaclar minik avtomobillərinin üzərinə aşıb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.

"Həmiçinin təbiət hadisəsi nəticəsində elektrik dirəkləri aşıb, naqillər qırılıb, Qusarın şəhər mərkəzi ilə bərabər kəndlərinin 70 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb. "Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları xətlərin bərpası işi ilə məşğuldur", - deyə Ş.Fərəməzov bildirib.

İcra nümayəndəsi küləyin əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan vurduğunu qeyd edib:

"Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin dam örtüyünü dağıdıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü uçurub. Hazırda "Azərenerji" ASC-nin əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır. Həmçinin Qusar rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb"./Report

Məqalədə : güclü külək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan bu bank adını dəyişir

18

İyun
09:36
İQTİSADİYYAT
43

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1210

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1380

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1825
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru