Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2019
15:13
1915
Maykl Ouen: `Bakı çox inkişaf edib, gözəlləşib`

Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı ölkəmizdə səfərdə olan əfsanəvi futbolçu Maykl Ouen ONA-nın suallarını cavablandırıb.

Bakı Olimpiya stadionunda "Çelsi" və "Arsenal" klubları arasında keçiriləcək həlledici oyunla əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İngiltərə millisinin və "Liverpul"un sabiq ulduzu paytaxtımız barədə xoş sözlər deyib, Avropa Liqasının şanslısının adını açıqlayıb.    

- Mən daha əvvəl də Bakıda olmuşam, Azərbaycan milli komandasına qarşı İngiltərə millisinin heyətində çıxış etmişəm və qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib, müasirləşib.

- Mayın 29-da Bakıda Avropa Liqasının qalibi müəyyənləşəcək. Finalında hansı komandanı şanslı sayırsınız?

- Hər ikisi ingilis komandasıdır. Çoxlu ingilis fanatlar bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaqlar. Komandaların gücü bir-birinə yaxındır, ona görə də nəsə demək çətindir. "Çelsi" qələbəyə bir az daha yaxındır. Fikrimcə, yaxşı oyun alınacaq. 

- Sevimli komandanızın adını açıqlaya bilərsiz?

- Əlbəttə ki, mənim sevimli komandam "Liverpul"dur. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Mən orada uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər.

- Avropa Liqasının final matçını harada izləyəcəksiniz?

- İşlərimlə bağlı Madridə gedəcəyəm və növbəti həftə orada olacağam. Avropa Liqasının finalını televizordan izləyəcəyəm.

Məqalədə : Ouen 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan bu bank adını dəyişir

18

İyun
09:36
İQTİSADİYYAT
32

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1210

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1380

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1825

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 10:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru