Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2019
10:20
2094
Messi 6-cı dəfə `Qızıl buts`a sahib oldu

İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messini karyerasında 6-cı dəfə "Qızıl buts" mükafatını alması münasibətilə təbrik edib. Argentinalı hücumçu La Liqada 34 oyuna 36 qol vurub və 13 məhsuldar ötürmə edib.

O, hər iki göstəricidə birinci yeri tutub. Messinin "Qızıl top" uğrunda mübarizədə ən yaxın rəqibi Fransa PSJ-sinin forvardı Kilian Mbappe olub. Mbappe 3 qol az vurub. Üçüncü yeri 26 qolla İtaliya "Sampdoriya"sının hücumçusu Fabio Kvalyarella tutub.

"Qalatasaray"ın oyunçusu Mbaye Dyan 30 qol vursa da, "Top-5"lə müqayisədə Türkiyə Super Liqasının əmsalı 2 yox, 1,5 olduğu üçün o, 4-cü yerlə kifayətlənib. 5 - 11-ci yerlərdə isə hərəyə 22 qola malik Məhəmməd Salah, Sadio Mane (hər ikisi "Liverpul", İngiltərə), Robert Levandovski ("Bavariya", Almaniya), Nikolya Pepe ("Lill", Fransa), Duvan Sapata ("Atalanta", İtaliya), Pyer-Emerik Obameyanq ("Arsenal", İngiltərə), Kşiştof Pyontek ("Milan", İtaliya) tutub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2010, 2012, 2013, 2017 və 2018-ci illərdə də "Qızıl buts"a sahib olub.

Məqalədə : Messi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
261

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
275

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
459

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
268

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
353
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 08:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru