Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
15:20
2185
Küveytli rəsmi: ABŞ və İran arasında müzakirələr başlanıb

Regionda artan gərginliyin bitməsi üçün  ABŞ və İran arasında  müzakirələr başlanıb. FaktXeber.com-un  verdiyi məlumata görə, bu barədə Küveyt XİN rəhbərinin müavini Xalid əl-Carullah jurnalistlərə açıqlamasında bildirib. 

«Tərəflər arasında (Vaşinton və Tehran – red.) müzakirələr başlayıb. Rabitə və fəallıq var», - deyə o bildirib.

Oman XİN  rəhbəri Yusuf bin Ələvinin  İranda bir sıra görüşmələrdə olduğuna işarə edən Curullah, regionda ağıl və hikmətin qalib gələcəyinə inandığını bildirib.

Regionun münaqişələrdən xilas olacağı və sabitliyin hakim olacağına inandığını deyən küveyitli rəsmi bu məsələdə ümidini İran və ABŞ –ın müharibəyə meyilli olmadığını göstərən açıqlamaları ilə izah edib.

Xatırladaq ki, İran Beynəlxalq Təhlükəsizlik Ali Şurasının sözcüsü Keyvan Hüsrəvi son günlərdə ABŞ-ı təmsil edən bir çox xarici nümayəndələrin İrana gəldiyini demişdi

«Bir çox xarici nümayəndə ABŞ-ı təmsil etmək üçün İrana gəlib. Bu səfərlərin bir qismi mediada yayımlanır, bəziləri isə məhrəm saxlanılır», - deyə o, bildirib.

Hüsrəvi gələn nümayəndələrə ABŞ-ın davranışlarının dəyişməməsi, ölkə mənfəətlərinin təmin edilməməsi və praktik addımlarda yeni bir şey olmayacağı təqdirdə müzakirələrin heç bir şəkildə  gündəmdə olmayacağı mesajını verib.

Qeyd edək ki, mediada Omman XİN rəhbəri  Yusuf bin Ələvinin bu həftə  sözügedən ölkələr arasında vasitəçilik üçün İrana gəldiyi barədə məlumat yayılmışdı. Bundan başqa İranı da  gərginliyin azaldılması üçün  həm İran, həm də ABŞ-a heyət göndərməyə hazırlaşdığı bildirilmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
187

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1803

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
343

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1262

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
411
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 23:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru