Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
14:31
1635
Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var.

 

Bunu Milli Məclisin (MM) sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

“1970-ci illərdə guya kömürdən istifadənin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. O dövrdən indiyə qədər kömürdən istifadə dörd dəfə artıb. Bu gün dünyada ən çox istifadə edilən enerji vasitəsi kömürdür”, - deyən V.Ələsgərov bildirib ki, 2050-ci ildə dünyada istifadə edilən enerjinin 80 faizi kömür, neft və təbii qazdan alınacaq

“Yeni texnologiyalardan istifadə edilərək Azərbaycanda yataqlardan daha çox neft və qaz hasil ediləcək” deyən MM-in sədr müavini nəzərə çatdırıb ki, dünyada və Azərbaycanda yeni yataqlar kəşf ediləcək:

“Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var. Gələcəkdə, təbii ki, belə yataqlardan da istifadə edilməsi texnologiyası tapılacaq.

ABŞ 20 il əvvəl deyəndə ki, şist qazından istifadə edəcək, hamı gülürdü. Bu gün ABŞ bu sahədə lider mövqedədir, böyük həcmdə enerji resursları istehsal edir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
232

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
251

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
423

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
247

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 06:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru