Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
12:18
399
Cavad Zərif limanların birləşdirilməsindən danışıb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ sanksiyalarının beynəlxalq nizamı hədəf aldığını və bütün ölkələrin buna qarşı mübarizə etməsinin lazım olduğunu söyləyib. FaktXəbər bildirir ki, rəsmi səfərlə Pakistana gedən Cavad Zərif İslamabad hava limanında İran mediasının suallarını cavablandırıb.

ABŞ-ın İrana qarşı sanksiyalarını "avtoritet"sayağı xarakterizə edən və bu sanksiyaların eyni vaxtda Çinə qarşı da tətbiq olunduğunu deyən Zərif, bu addımların dünya ictimaiyyətinə problem yaradacağını vurğulayıb: "Bütün ölkələr dünyanın təhlükəsizliyi və öz mənfəətləri üçün ABŞ sanksiyalarına qarşı mübarizə aparmalıdır. ABŞ sanksiyaları bu gün beynəlxalq nizamı hədəf alır. Əgər buna qarşı mübarizə aparılmasa, beynəlxalq ictimaiyyət də bu sanksiyalara məruz qalacaq".

İranın XİN rəhbəri həmçinin vurğulayıb ki, ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində yerləşən və ABŞ-ın Əfqanıstan üçün sanksiyalarından azad etdiyi Çabahar limanı ilə Pakistanın Gvadar limanı rəqib deyil, bir-birinin tamamlayıcısıdır:

"Gvadar və Çabaharın potensialından istifadə edə bilərik. Gvadar limanını dəmir yolu ilə Cənubi-Şimali dəhlizindən Türkmənistan, Qazaxıstan, Azərbaycan, Rusiya və hətta Türkiyəyə bağlaya bilərik".

Məqalədə : Cavad Zərif 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1452

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
421

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
177

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
959

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru