Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
12:12
3636
Azərbaycanlı jurnalistdən Paşinyanın arvadına çətin sual: Niyə..?

Ermənistan baş nazirinin arvadı, “Haykakan jamanax” (“Erməni zamanı”) qəzetinin redaktoru Anna Akopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ haqda sualları ilə üzləşib.

Erməni KİV-ləri xəbər verir ki, azərbaycanlı jurnalist soruşub: nəyə görə Akopyan və onun keçmiş rejimə qarşı mübarizə aparan əri öz oğullarını Qarabağa hərbi xidmətə göndərib? Habelə soruşub ki, Paşinyanın mayın 9-da Şuşadakı hərəkətləri münaqişə tərəfləri arasında etimadın formalaşmasına nə dərəcədə imkan yaradır?

Bu zaman moderator jurnalistin sözünü kəsib, xahiş edib ki, bəyanat verməsin, sual versin.

“Mən detallara varmaq istəmirəm. Lakin biz münaqişə vəziyyətindəyik, müharibə başa çatmayıb, ona görə də bizim oğlumuz orduda xidmət edir”-Akopyan suala belə cavab verib. Əlavə edib ki, onun özü qadınların və anaların mövqeyindən çıxış edir.

Ermənistan baş nazirinin arvadı habelə münaqişəni danışıqlar masası arxasında nizamlamağa və insan həyatı bahasına başa gələn eskalasiyadan qaçmaq üçün bütün mümkün səyləri göstərməyə çağırıb.

“Ermənistan heç vaxt müharibəyə başlamayacaq”-Akopyan deyib. O, hərbi ritorikanın “Azərbaycan tərəfdən səsləndiyini” bildirib. Akopyanın fikrincə bir-birinə nifrət dayandırmaq çətindir, amma mümkün olmayan iş deyil. Bu kontekstdə Akopyan özünün “Qadınlar sülh naminə” təşəbbüsünü xatırladıb./Virtualaz

Məqalədə : Anna Akopyan Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1451

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
420

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
175

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
956

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 08:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru