Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
12:03
307
Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilir

Kənd Təsərrüfatı Nazirliyi Şəmkir rayonundan sonra Bərdədə texnika yarmarkası təşkil edib. FaktXəbər-in Nazirliyin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyan yarmarka sabah başa çatacaq.

Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər. 

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib. Mirzə Əliyev bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək. 

Növbəti kənd təsərrüfatı texnika yarmarkası mayın 26-27-də Şəkidə keçiriləcək. 

Xatırladaq ki, 20 may–15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılmış kənd təsərrüfatı texnikası yarmarkalarını Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1710

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1014

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2157

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2820

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
128

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
829

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4185

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 04:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru