Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
11:55
426
“Nar” aztəminatlı ailələrin uşaqları üçün boks təlimi keçirir

“Nar”-ın dəstəyilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən peşəkar boks təlimləri davam edir. Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, artıq dördüncü ildir ki, keçirilən bu layihədə 200-dən çox tələbə iştirak edib.

Təlimlər Azərbaycanın aparıcı boks klubu “Baku Fight Lab”-in dünya və Avropa çempionları tərəfindən keçirilir. Təlimlərdə iştirak edən gənc boksçuların və müəllimlərin peşəkar idman ləvazimatları “Nar” tərəfindən təşkil edilir.

Yeni mərhələnin başlaması münasibətilə keçirilən tədbir zamanı “Baku Fight Lab” klubunun İcraçı direktoru Fərhad Acalov “Nar”-a minnətdarlığını bildirib və gənclərin asudə vaxtının səmərəli keçirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Daha öncə layihədə iştirak edən tələbələrin qısa zaman ərzində respublika səviyyəsində fərqləndiyini qeyd edən F.Acalov təlimlərə yeni qatılan gənclərə uğurlar arzulayıb.

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, artıq dördüncü ildir ki, boks təlimlərini davam etdirir. Layihənin əsas məqsədi kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtını səmərəli təşkil etmək və cəmiyyətə sağlam ruhlu fərdlər qazandırmaqdır.

Qeyd edək ki, “Nar” mobil operatoru “Baku Fight Lab” klubunun rəsmi tərəfdaşıdır.

Məqalədə : Nar boks təlimi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
233

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
253

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
427

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
249

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
326
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru