Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
10:53
2712
Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

Bu ilin üç ayında əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayı açıqlanıb. 2019-cu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 13191 nikaha daxil olma halı qeydə alınıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. 

Onlardan 252-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb. 

205-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahdır. 

Qeyd edək ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu rəqəm 2017-ci ildə 2429 olub.

Statistikaya görə, son beş il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər.

Ötən illər ərzində az sayda olsa da, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər, əsasən, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Eyni zamanda, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması halı qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
261

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
271

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
315

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1147

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1334

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1112

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1144

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
499
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 02:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru