Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
10:15
528
Kütləvi insan faciəsinə səbəb olan qəzalardan necə xilas olaq? - Ekspert cavablandırır

Aprelin 23-də iki dəhşətli mikroavtobus qəzası baş verdi. Yevlaxda “Mercedes” markalı mikroavtobusun aşması, Biləsuvarda isə “Ford”un “KamAZ”la  toqquşması nəticəsində ümumilikdə 6 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bir qədər əvvəl Bakıda da analoji qəza baş vermişdi. Yasamal rayonunda, Şərifzadə küçəsindəki “ASAN xidmət”in yaxınlığında165 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı, Az 99 LZ 861 nömrə nişanlı avtobus sürətlə hərəkətdə olduğu zaman 8 maşına çırpılmışdı. Bundan əvvəl də paytaxtda və respublika yollarında çoxsaylı avtobus, mikroavtobus qəzaları baş verib.

Avtobus qəzalarının əksəriyyətinin səbəbi sürət həddinin aşılması və sürücülərin sükan arxasında yatması üzündən baş verir.

Bəs sərnişin nəqliyyatında qəzalardan necə yayınaq? Vətəndaşların avtobus, mikroavtobus sürücülərinin məsuliyyətsizliyi üzündən dünyalarını dəyişmələrinin qarşısını necə alaq?

Ekspert Elməddin Muradlı deyir ki, Azərbaycanda ölkədaxili marşrut avtobuslarında taxoqrafların tətbiqi məsələsi təcili həll edilməldir. Bundan sonra belə qəzaların qarşısının alınması üçün əməli tədbirlərin görülməsi xeyli asanlaşacaq: ““Yol hərəkəti haqqında” Qanuna edilən son dəyişikliklərdə sərnişindaşıma ilə məşğul olan bütün növ avtobuslarda və yük maşınlarında taxoqrafların quraşdırılması nəzərdə tutulur. Taxoqrafların quraşdırılmasının məqsədi belə hadisələrin qarşısının alınması, sürət həddinin aşılması və s. məsələlərə nəzarət mexanizmini təmin etməkdir. Nəqliyyat vasitəsi nə vaxt işə salındı, neçə kilometr yürüş etdi, sürücü sükan arxasında neçə saat olub və s. qeydiyyatını aparır. Əgər nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Sürücü yuxulu halda ardıcıl nəqliyyat vasitəsini idarə edirsə, bunu da izləmək mümkün olur. Təcili olaraq taxoqrafların quraşdırılması üçün tədbirlər görülməlidir".

Elməddin Muradlı deyir ki, Bakıda illərdir fəaliyyət göstərən “Rent a car” şirkətləri taxoqraflardan istifadə edirlər:

“Vətəndaş şirkətdən avtomobili kirayəyə götürür. Həmin avtomobilin harada olduğu, saatda neçə kilometr və hansı sürətlə hərəkət etdiyi şirkətin dispetçerləri tərəfindən izlənilir. Sürücü sürət həddini aşırsa, ona zəng vurub xəbərdarlıq edirlər. Hətta sürücü xəbərdarlığa məhəl qoymasa, dispetçer nəqliyyat vasitəsinin mühərrikini öz kompüterindən söndürmək imkanına malikdir. Əvvəllər beynəlxalq sərnişin və yükdaşıma ilə məşğul olan şirkətlərə taxoqrafdan istifadə etmək qanunla tələb olunurdu. Taxoqrafsız nəqliyyat vasitələri beynəlxalq daşımalara buraxılmırdı. Son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə baş verən dəhşətli sonluqlu yol nəqliyyat hadisələri qanunvericiliyin dəyişilməsinə səbəb oldu”.

Elməddin Muradlı deyir ki, “Yol hərəkəti haqqında” Qanuna görə, taxoqrafların ölkədaxili sərnişin və yük daşıma ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrində quraşdırılması məcburidir:

“Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişindaşıma sahəsinə cavabdeh qurumdur. Ölkədə gecə sərnişin daşınması qadağan olunub. Amma vətəndaşların gecə reyslərinə ehtiyacları qalır. Məcbur olub avtovağzallardan kənar fəaliyyət göstərən fərdi avtobus sürücülərinin xidmətlərindən istifadə edirlər. Nəticə də göz qabağındadır. Bu məsələləri nəzarətdə saxlamaq üçün qanuni fəaliyyət göstərən avtobuslara taxoqraflar quraşdırılmalı, bundan sonra gecə reyslərinə icazə verilməlidir. Tələb varsa, təklif də həmişə olacaq. Qanuna dəyişiklik edilib, amma rayonlararası, uzaq səfərlərə çıxan avtobuslara hələ də taxoqraf quraşdırılmayıb. Quraşdırılan taxoqraflar isə hansısa aksesuar kimi avtobuslarda yer tutur, işlək vəziyyətdə deyil. Qanun yeni qəbul olunub, görünür, lazımi səviyyədə icrası bir müddət vaxt aparacaq. Bu işin təşkili Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. Sərnişindaşıma ilə məşğul olan şirkətlər qanunun tələbini yerinə yetirmək üçün hərəkətə keçməlidirlər. Uzaq yola çıxan sürücülər tez bir zamanda mənzil başına çatmaq üçün sürət həddini aşırlar və nəticədə Qazaxda baş verən dəhşətli qəza kimi olaylar meydana çıxır. Düzdür, hazırda radar sisteminin təkmilləşdirilməsi aparılır. Qanunlar qəbul olunur, amma icra mexanizmi illərlə işlənməmiş qalır. Qanuna dəyişikliklər ediləndə, icrası ilə bağlı da qeydlər olur.

Qanuna dəyişiklik ediləndə icra mexanizminin işlənib hazırlanması üçün 3 ay müddət nəzərdə tutulub. Həmin müddət çoxdan ötüb. Müvafiq dövlət qurumları işlərinə  səhlənkar yanaşırlar. Düşünürlər ki, taxoqrafların tətbiqi ilə bağlı daşımaçı şirkətlərin üstünə düşəcəklər, şirkət gedib alacaq, quraşdıracaq. Buna kim nəzarət edəcək kimi suallar da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməzdən əvvəl icra mexanizmi də düşünülüb işlənməlidir. Azərbaycan kosmosa peykini çıxarıb. Ölkəmizdə GPS sistemi daha mükəmməl və işlək olmalıdır. Qanunlara dəyişikliklər texnologiyaların tətbiqini nəzərdə tutduqda bu məsələyə bir qədər ləng, həvəssiz yanaşırlar. Qeyri-ciddi münasibət son nəticədə qəzaların qarşısının alınmasında prblemlərin həll olunmamasına gətirib çıxarır. Qanuna dəyişikliklər vaxtında edilir, amma icrası təmin edilmir ki, insanlar qəzalarda dünyalarını dəyişməsinlər. Məsələn, şəhərlərarası və rayonlararası marşrutlarda hərəkətdə olan avtobusda taxoqraf quraşdırılsa və sürücünün sükan arxasında neçə saat keçirməsi, avtobusu neçə kilometr saatla hərəkət etdirməsini real onlayn rejimdə izləmək olar. Əlbəttə ki, bunun üçün ilk növbədə yeni texnologiyaların tətbiqinin süngü ilə qarşılanmasını kənara qoymaq vacib şərtdir”.

Qeyd edək ki, taxoqraf - avtomatik rejimdə nəqliyyat vasitəsinin sürətinin, yürüyüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtın təsbit edilməsi üçün nəzərdə tutulub. O, demək olar ki, avtomobilin, qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşda saxlayan və ötürən “qara qutudur”. (musavat.com)

Məqalədə : ekspert 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
177

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1048

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
243

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
394
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 02:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru