Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
09:40
ABŞ Assanja qarşı yeni ittihamlar irəli sürüb

ABŞ Ədliyyə Nazirliyi Wikileaks-in yaradıcısı Culian Assanja qarşı 17 ittiham irəli sürüb. FaktXeber.com-un verdiyi məlumata görə, bütün pretenziyalar Ştatların milli təhlükəsizliyinə aid məlumatları qeyri-qanuni yolla əldə etmə və paylaşma ilə əlaqədardır. 

Bu günə qədər Amerika tərəfi Assanjı Pentaqonun kompyuter şəbəkəsini sındırma cəhdinə görə ittiham etməyi planlaşdırırdı.

Yeni ittihamlar göstərir ki, Böyük Britaniyadan ekstradisiya olarsa Wikileaks rəhbərinə kəsilən cəza daha ağır olacaq. Hər maddəyə görə onu 10 il gözləyir, bu da ümumilikdə 170 il edir, üstəlik 5 il də şəbəkəni sındırmağa görə gəlir.

Wikileaks artıq baş verənlərlə bağlı reaksiya verərək, bunu ağılsızlıq, ABŞ-da jurnalistikanın və Söz azadlığı ilə bağlı birinci düzəlişin sonu adlandırıb. 

Assanjın vəkili Barri Pollak bəyan edib ki, onun müvəkklinə qarşı cinayət işi ictimaiyyəti Amerika hökumətinin fəaliyyəti barədə xəbərdar etmək istəyən jurnalistlər üçün ciddi təhlükədir.

Məqalədə : Assanj Assance Assanc Wikileaks 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
165

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
289
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 20:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru