Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
21:32
318
UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

UEFA “Arsenal” futbol klubuna xəbərdarlıq edib. Bu barədə "Mirror" qəzeti yazıb.

“Əgər klubun azarkeşləri Bakıda  keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”,-deyə bəyanatda qeyd olunur.

UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda UEFA-ya qarşı etiraz bannerləri aça  biləcəklərindən ehtiyat edir. Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

Xəbər verdiyimiz kimi,“Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Bununla əlaqədar, “Arsenal” futbol klubun fan-qruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə oyunun 7-ci və 77 ci dəqiqələrində flaşmob keçirməyi təklif edib.

Məqalədə : Arsenal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1452

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
422

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
177

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
959

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 09:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru