Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
18:53
1870
Tacikistanda şəhid edilən məşhur ruhani gizli şəkildə dəfn edilib - FOTO

Tacikistanın Vəhdət şəhərindəki həbsxanada İŞİD terrorçuları tərəfindən qətlə yetirilən Höccətil-İslam Seyid Kiyamuddin Qazi, Səttor Kərimov (Mahdum Səttar) və Səidmahdixon Səttarov (Şeyx Teymur) torpağa tapşırılıb. FaktXəbər-in məlumatına görə, ölkənin nüfuzlu ruhanisi gizli şəkildə və ailə üzvləri olmadan dəfn edilib. 

Tacikistanın İslami Yenidən Diriliş Partiyasının üzvü olan digər iki şəxs üçün rəsmi dəfn mərasimi təşkil etməyə icazə verilib. Tacikistanın İslami Yenidən Diriliş Partiyası bəyanat yayaraq baş verənlərə görə yerli hökuməti günahkar sayıb: "Bundan əvvəl də Tacik həbsxanalarında baş verən üsyan zamanı çox sayda məhkum həyatını itirmişdi. Oxşar hadisə onu göstərir ki, hökumət ya ciddi tədbirlər görmür, ya da şüurlu şəkildə buna şərait yaradır".

Məlumata görə, həbsxanada qiyamın təşkilatçısı, şiə ruhani və digərlərinin qatili olan İŞİD-in «müharibə naziri»  Gülmurod Xalimovun oğlu Bəhruz Gülmurod cənazə namazı qılınmadan torpağa basdırılıb. 

Qeyd edək ki, Tacikistandakı həbsxnada mayın 19-da baş verən qiyam zamanı Bəhruz Gülmurodun rəhbərlik etdiyi İŞİD-çilər 3 nəzarətçi və 29 məhbusu qətlə yetirmişdi. 

Məqalədə : Tacikistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1711

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1014

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2158

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2823

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
128

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
829

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4187

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 05:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru