Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
18:12
333
Mərkəzi Bank `Mastercard`la memorandum imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mastercard” təşkilatı arasında “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. 

Bu barədə FaktXəbər-ə AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, AMB ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə davamlı olaraq əməkdaşlıq edir. Məhz qeyd olunmuş Dövlət Proqramı da, qurumun strateji tərəfdaşı qismində çıxış etmiş Mastercard təşkilatı ilə birlikdə “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində aparılmış geniş analitik təhlil və bazar araşdırmaları nəticəsində hazırlanıb.

Memorandum çərçivəsində ölkədə innovativ ödəniş alətlərinin tətbiqi, maliyyə savadlılığının artırılması, regionlarda əhali və təsərrüfat subyektlərinin rəqəmsal ödənişlərə stimullaşdırılması istiqamətində tədbirlərin keçirilməsi, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, ölkənin ictimai nəqliyyat sistemində, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının araşdırılması sahələrində əməkdaşlıq ediləcəyi razılığına gəlinib.

AMB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir.

Məqalədə : Mastercard 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
188

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1804

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
343

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1262

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
411
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 23:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru